DÜNYA


Gürcüstanda koronavirus əleyhinə peyvənd olunan vətəndaşlar üçün lotereya oyunları keçirilir

Tbilisi, 13 sentyabr, AZƏRTAC

Gürcüstanda vətəndaşların koronavirus əleyhinə peyvənd olunmasının təşviqi məqsədilə lotereya oyunlarının keçirilməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, peyvənd olunanlara pul mükafatları qazandıracaq kampaniya hər gün təsadüfi seçim əsasında təşkil olunacaq.

Cari ilin sonuna qədər davam edəcək lotereyanın ümumi mükafat fondu 2 milyon 800 min lari (təxminən 900 min ABŞ dolları) təşkil edir.

Minimal uduşun məbləği 100 lari təşkil edir. Hər gün 100 laridən 500 lariyədək, hər həftə isə 1 000, 1 500 və 10 min lari məbləğində pul mükafatları oynanılacaq.

Yekun oyun ilin sonuna yaxın keçiriləcək və uduş fondu 100 min lari olacaq.

Qeyd edək ki, bu günədək Gürcüstanda 1 milyon 507 min 986 nəfər peyvənd olunub. Onlardan 900 min nəfərdən çoxu peyvəndin bir, 600 min nəfəri isə iki dozasını qəbul edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.