DÜNYA
Gürcüstanda koronavirus əleyhinə üçüncü doza vaksin tətbiq olunacaq
Tbilisi, 7 oktyabr, AZƏRTAC
Gürcüstanda koronavirus əleyhinə vaksinasiya prosesində üçüncü dozanın (buster doza) tətbiqi təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya məlumat verib.
Bildirilib ki, buster doza yaşı 50-dən yuxarı olan, yüksək riskli peşələrdə çalışan və xroniki xəstəlikləri olan şəxslərə vurulacaq.
Üçüncü doza ilə vaksinasiya ikinci dozanın qəbulundan altı ay sonra mümkün olacaq.
Onun sözlərinə görə, Gürcüstanda COVID-19-a qarşı peyvəndlənmə 12 yaşdan 15 yaşadək olan və xroniki xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün də əlçatan olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi