DÜNYA


Gürcüstanda koronavirus uşaqlar və hamilə qadınlar arasında da sürətlə yayılır

Tbilisi, 28 yanvar, AZƏRTAC

Gürcüstanda koronavirus uşaqlar və hamilə qadınlar arasında da sürətlə yayılmağa başlayıb. Artıq 165 uşaq və 29 hamilə qadın xəstəxanaya yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Tsitsişvili Uşaq Xəstəxanasının klinika üzrə direktoru Maya Çxaidze məlumat verib.

Onun sözlərinə görə, 24 uşaq reanimasiya şöbəsinə yerləşdirilib və onlardan 3-nün vəziyyəti ağırdır.

Bokeriya Xəstəxanasından bildirilib ki, son həftə ərzində hamilə qadınlar arasında da koronavirus geniş yayılmağa başlayıb. Artıq 29 hamilə qadın xəstəxanaya yerləşdirilib. Onlardan 2-si reanimasiya şöbəsindədir.

İnfeksionistlər ölkədə koronavirusla bağlı vəziyyətin kəskin şəkildə ağırlaşdığını bildirirlər.

Qeyd olunur ki, artıq Tbilisidə səhra hospitalları fəaliyyətə başlayıb. Paytaxtın Kavtaradze küçəsində açılmış səhra hospitalına 29 xəstə yerləşdirilib.

Onların sayının artacağı istisna edilmir.

Məlumat üçün qeyd edək ki, son sutka ərzində ölkədə daha 17 066 nəfər koronavirusa yoluxub, 30 nəfər pandemiyanın qurbanı olub.

Hazırda Gürcüstanda 125 410 aktiv koronavirus xəstəsi var. Onlardan 4 894-ü xəstəxanalarda, 2 143-ü kliniki otellərdə, 118 373-ü evlərdə müalicə olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.