DÜNYA


Gürcüstanda koronavirus yayılmaqda davam edir

Tbilisi, 29 oktyabr, AZƏRTAC

Gürcüstanda son sutka ərzində daha 1709 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında bildirilib.

Qeyd olunur ki, son 24 saat ərzində 2075 nəfər sağalıb, 20 pasiyent ölüb.

Bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların ümumi sayı 35 min 567-yə çatıb. Sağalanların sayı 16 min 907, pandemiya qurbanlarının sayı isə 273-dür.

Hazırda ölkə üzrə karantində 3 min 324, stasionar nəzarətdə isə 4 min 209 nəfər saxlanılır.

Xəstəliyi yüngül və ya simptomsuz keçirən 2 346 nəfər xüsusi otellərdə müalicə ilə təmin olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.