DÜNYA


Gürcüstanda koronavirusa ən çox yoluxma Acarıstan bölgəsində qeydə alınıb

Tbilisi, 23 sentyabr, AZƏRTAC

Son sutka ərzində Gürcüstanda koronavirusa 227 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 4140-a çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytında məlumat verilib.

Bildirilir ki, son sutka ərzində 69 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər isə həyatını itirib.

Koronavirusdan ölənlərin ümumi sayı 24-ə çatıb.

Hazırda ölkədə 5 min 390 nəfər karantində, 836 nəfər isə stasionardadır.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.