DÜNYA
Gürcüstanda koronavirusa gündəlik yoluxma sayı 4000-i keçib
Tbilisi, 22 noyabr, AZƏRTAC
Gürcüstanda son sutkada daha 4048 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3856 nəfər sağalıb, 49 pasiyent isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi “stopgov.ge” saytında bildirilib.
İndiyədək ölkədə COVID-19-a 104 min 732 yoluxma halı təsdiqlənib. Virusa yoluxanların 85 min 639 nəfəri sağalıb, 976-sı isə ölüb.
Hazırda karantin zonalarında 2159, stasionar nəzarətdə 6189 nəfər var. 3449 nəfər isə xüsusi otellərdə tibbi nəzarət altında saxlanılır.
Qeyd edək ki, koronavirus pandemiyasının Gürcüstanda yayıldığı gündən bəri belə yüksək yoluxma və ölüm sayı qeydə alınmayıb.
Xətayi Əzizov
AZERTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]