DÜNYA
Gürcüstanda koronavirusa yoluxanları sayı 3 min 913-ə çatıb
Tbilisi, 22 sentyabr, AZƏRTAC
Gürcüstanda son 24 saat ərzində daha 218 nəfərdə koronavirus aşkarlanıb. Bu rəqəm pandemiya dövründə bu ölkədə qeydə alınan ən böyük göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi spotgov.ge saytında məlumat verilib.
Bildirilib ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 913-ə, sağalanların sayı isə 1 574-ə çatıb.
Xəstəlikdən ölənlərin sayı 22-yə çatıb ki, onların da ikisi son sutka ərzində dünyasını dəyişib.
Hazırda karantində 4 988, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.
Yoluxma hallarının sayına görə Acarıstan bölgəsi “liderlik” edir. Son sutka ərzində bu bölgədə 137 nəfər koronavirusa yoluxub.
Yoluxma hallarının sayına görə paytaxt Tbilisi ikinci yerdədir – 47 nəfər.
İmereti bölgəsində 27, Sameqrelo-Zemo Svaneti bölgəsində 6, Quriyada isə 2 yoluxma halı qeydə alınıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi