DÜNYA


Gürcüstanda koronavirusa yoluxanların sayı 14 minə yaxınlaşır

Tbilisi, 14 oktyabr, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı yenə də artıb. Son sutka ərzində daha 680 nəfərə koronavirus diaqnozu qoyulub, 292 nəfər müalicə olunaraq sağalıb, 7 pasiyent isə vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 13 min 521-ə, sağalanların sayı 7 159-a, həyatını itirənlərin sayı isə 109-a çatıb.

Hazırda Gürcüstanda 5590 nəfər karantində, 836 nəfər isə stasionar nəzarətdə saxlanılır. Xüsusi otellərdə müalicə olunan asimptomatik xəstələrin sayı isə 1 393 təşkil edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.