DÜNYA


Gürcüstanda koronavirusa yoluxanların sayı 30 mini keçib

Tbilisi, 26 oktyabr, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir.

Təkcə son sutka ərzində Gürcüstanda daha 1 871 nəfərdə koronavirus aşkarlanıb, 603 nəfər sağalıb, 14 xəstə pandemiyanın qurbanı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə hökumətin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilib ki, bununla da ölkədə COVID-19-a ümumi yoluxma sayı 30 min 303-ə çatıb. Sağalanların sayı 11 370, həyatını itirənlərin sayı isə 215 olub.

Hazırda karantində 4 min 112, stasionar nəzarətdə 3 min 766 nəfər saxlanılır.

Xəstəliyi simptomsuz keçirən 2 min 268 nəfər isə xüsusi otellərdə müalicə alır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.