DÜNYA


Gürcüstanda koronavirusa yoluxanların sayı 5 mini keçib

Tbilisi, 27 sentyabr, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 5254-ə çatıb. Onların 294 nəfəri son sutka ərzində COVID-19-a yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi “stopgov.ge” saytında məlumat verilir. Bildirilir ki, koronavirusdan sağalanların ümumi sayı 1906-ya yüksəlib. Virusdan ölənlərin sayı isə 28 nəfərdir.

Hazırda 5674 nəfər karantində, 836 nəfər isə stasionarda həkim nəzarətindədir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.