DÜNYA


Gürcüstanda koronavirusa yoluxanların sayı 76 mini keçib

Tbilisi, 14 noyabr, AZƏRTAC

Gürcüstanda COVID-19 virusuna yoluxanların ümumi sayı 76 min 658-ə çatıb. Onların da 3 min 504-nün son sutkada koronavirusa yoluxduğu təsdiqlənib. 3 163 nəfər koronavirusdan sağalıb, 33 pasiyent isə pandemiyanın qurbanı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat verilib.

Bildirilib ki, ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 76 658 nəfərə, sağalanların sayı 58 674-də, pandemiya qurbanlarının sayı isə 669-a çatıb.

Hazırda ölkə üzrə 2 min 425 nəfər karantində, 5 min 355 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Daha 3 min 361 asimptomatik xəstə isə xüsusi otellərdə tibbi nəzarətdədir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.