DÜNYA


Gürcüstanda koronavirusa yoluxanların sayı 999 343-ə çatıb

Tbilisi, 17 yanvar, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxanların sayı artmaqda davam edir. Son sutkada ölkədə daha 3 656 nəfər koronavirusa yoluxub, 3 066 nəfər sağalıb, 32 nəfər pandemiyanın qurbanı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopcov.ge saytında bildirilir.

Bununla da Gürcüstanda indiyədək COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 999 343-ə, müalicə olunanların sayı 931 507-yə, ölənlərin sayı isə 14 481-ə çatıb.

Hazırda ölkədə 53 329 aktiv koronavirus xəstəsi var.

Bundan başqa, 2092 nəfər kliniki otellərdə, 54 nəfər karantin rejimindədir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.