DÜNYA


Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 100 minə çatır

Tbilisi, 20 noyabr, AZƏRTAC

Gürcüstanda son sutkada daha 3 768 nəfərdə koronavirus infeksiyası təsdiqlənib. Son 24 saat ərzində 4 055 nəfər sağalıb, 41 pasiyent pandemiyanın qurbanı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 96 min 860 nəfərə çatıb. Onların 77 932-si sağalıb, 894-ü isə ölüb.

Hazırda 2 226 nəfər karantində, 5 879 nəfər stasionar nəzarətdə saxlanılır. Xəstəliyi yüngül formada keçirən 3 411 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.