DÜNYA


Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb

Tbilisi, 30 may, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb. Mayın 29-da daha 8 nəfərdə koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı rəsmi stopcov.ge saytında yer alıb. Bildirilir ki, bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 746 nəfərə çatıb. Onların 576-sı müalicə olunub, 12 nəfəri isə dünyasını dəyişib.

Hazırda Gürcüstanda 2966 nəfər karantində, 250 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.