DÜNYA


Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb

Tbilisi, 13 sentyabr, AZƏRTAC

Son 24 saat ərzində Gürcüstanda daha 152 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 2227 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi “StopCov.ge” saytında məlumat verilir.

Bildirilir ki, bu günədək 1369 nəfər müalicə olunub, 19 nəfər ölüb. Hazırda 5882 nəfər karantində, 390 nəfər stasionarda həkim nəzarətindədir.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.