DÜNYA


Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb

Tbilisi, 15 sentyabr, AZƏRTAC

Gürcüstanda COVID-19 virusuna yoluxma halları yenidən artıb. Son sutkada ölkədə 170 yeni yoluxma halı təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.

Bildirilir ki, bununla da Gürcüstanda COVID-19-a yoluxanların sayı 2 min 562-yə çatıb. Onların 1369-u sağalıb, 19-u isə həyatını itirib.

Hazırda Gürcüstanda karantində 6 633, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.