DÜNYA


Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb

Tbilisi, 28 sentyabr, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm halları yenidən artıb.

AZƏRTAC xəbər verir ki, son sutkada ölkədə daha 2185 nəfərdə koronavirusa yoluxma təsdiqlənib, 2 010 nəfər müalicə olunaraq sağalıb, 40 pasiyent pandemiyanın qurbanı olub.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 609 340-a, sağalanların sayı 580 891-ə ölənlərin sayı isə 8 884-ə çatıb.

Hazırda ölkədə 19 539 aktiv koronavirus xəstəsi var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.