DÜNYA


Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölənlərin sayında yeni antirekord qeydə alınıb

Tbilisi, 13 oktyabr, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölənlərin sayında yeni antirekord qeydə alınıb. Son sutkada ölkədə daha 569 nəfərdə koronavirus aşkarlanıb, 329 pasiyent sağalıb, 9 nəfər isə pandemiyanın qurbanı olub. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla mübarizə tədbirləri çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bildirilib ki, bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 12 min 841, sağalanların sayı 6 867-ə, xəstəlikdən ölənlərin sayı isə 102-yə çatıb. Hazırda karantində 5 min 590, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 393 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.