DÜNYA


Gürcüstanda koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb

Tbilisi, 28 aprel, AZƏRTAC

Gürcüstanda COVID-19 virusuna yoluxanların sayında yenidən artım qeydə alınıb. Son sutkada daha 1 551 nəfər koronavirusa yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.

Bildirilir ki, son sutkada 878 koronavirus xəstəsi sağalıb, 17 nəfər isə pandemiyanın qurbanı olub.

Qeyd edilir ki, Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 307 min 401-ə çatıb. Onlardan da 288 min 816-sı sağalıb, 4077-si isə ölüb.

Hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 14 mindən çoxdur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.