DÜNYA


Gürcüstanda koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb

Tbilisi, 27 iyul, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb.

Son sutkada ölkədə daha 3666 nəfər koronavirusa yoluxub. Bu, cari ildə ən yüksək göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.

Bildirilib ki, son sutka ərzində 1335 nəfər sağalıb, 17 nəfər isə ölüb.

Qeyd olunub ki, bununla da Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 407 min 689 nəfərə çatıb.

Onların 376 min 88-i sağalıb, 5731-i isə dünyasını dəyişib.

Hazırda ölkədə 25 min 844 nəfər aktiv koronavirus xəstəsi var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.