DÜNYA


Gürcüstanda koronavirusdan ölənlərin sayı 3352-yə çatıb

Tbilisi, 14 fevral, AZƏRTAC

Son sutka ərzində Gürcüstanda 19 min 345 nəfər COVID-19 testindən keçib. Nəticədə 357 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 265 min 557-yə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi “stopgov.ge” saytında məlumat yerləşdirilib.

Bildirilir ki, ötən sutka ərzində Gürcüstanda 652 nəfər koronavirusdan sağalıb, 9 xəstə isə pandemiyanın qurbanı olub.

Beləliklə, ölkədə koronavirusdan müalicə olunanların sayı 258 min 93-ə, ölənlərin sayı isə 3352-yə çatıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.