DÜNYA


Gürcüstanda koronavirusdan ölənlərin sayı 3 mini keçib

Tbilisi, 23 yanvar, AZƏRTAC

Gürcüstanda COVID-19 virusuna qarşı mübarizə tədbirləri çərçivəsində son sutka ərzində 16 min 267 nəfər test olunub. Nəticədə daha 998 nəfərdə koronavirus aşkarlanıb. Son 24 saat ərzində ölkə üzrə 1892 nəfər müalicə olunaraq sağalıb, 16 nəfər isə pandemiyanın qurbanı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgev.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 252 972 nəfər yoluxub ki, onların da 240 629-u sağalıb, 3 038-si isə ölüb.

Hazırda ölkədə 9279 aktiv koronavirus xəstəsi var.

Karantin zonalarında 530 nəfər, kovid otellərdə isə 444 nəfər var. Daha 19 min 178 nəfər isə özünü təcrid rejimindədir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.