DÜNYA
Gürcüstanda koronavirusdan ölənlərin sayı kəskin çoxalıb
Tbilisi, 1 noyabr, AZƏRTAC
Son sutka ərzində Gürcüstanda 1791 nəfərdə koronavirus təsdiqlənib. Daha 28 nəfər pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat verilib.
Bildiririk ki, bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 40 727-yə, sağalanların sayı 25 104-ə, vəfat edənlərin sayı isə 335-ə çatıb.
Karantin rejimində olanların sayı 3007, stasionar nəzarətdə saxlanılanların sayı isə 4 188 nəfər təşkil edir. 2204 asimptomatik xəstə isə xüsusi otellərdə tibbi nəzarətə alınıb.
Yoluxma və ölün sayına görə paytaxt Tbilisi yenə də öndədir.
Son 24 saat ərzində koronavirusa yoluxanların 532-si Tbilisidə qeydə alınıb. Digər yoluxanların 369-u Acarıstanda, 392-si İmereti, 86-sı Kvemo Kartli-Borçalı, 62-si Şidi Kartli, 29-u Quriyada, qalanları isə digər bölgələrdə olub.
Son sutka ərzində 28 ölüm faktından 10-u Tbilisidə, 7-si Acarıstanda, 7-si İmereti, 2-si Şidi Kartli, 1-i Kvemo Kartli, 1- i isə Sameqrelo-Zemo Svaneti bölgələrində qeydə alınıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi