DÜNYA
Gürcüstanda koronavirusla bağlı karantin müddəti 8 gün olacaq
Tbilisi, 8 sentyabr, AZƏRTAC
Gürcüstanda koronavirusla əlaqədar müəyyən edilmiş karantin müddəti 14 gündən 8 günədək azaldılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Gürcüstanın Səhiyyə Nazirliyi tərəfindən qəbul edilib. Gürcüstan Dövlət Qurumlararası Koordinasiya Şurası qərarı dəstəkləyib.
Qərara əsasən, karantin və ya özünütəcrid rejimində olan şəxsin 8 gündən sonra verəcəyi test neqativ çıxarsa, o, karantin zonasını 9-cu gündə tərk edəcək və 12-ci gündə təkrar test verməli olacaq.
Qeyd edək ki, Gürcüstanda karantin müddəti 14 gün olub və hökumətin qərarı ilə avqustun 13-də 12 günədək azaldılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]