DÜNYA


Gürcüstanda koronavirusla əlaqədar tətbiq olunan qaydaları pozanların cərimələri silinəcək

Tbilisi, 24 iyun, AZƏRTAC

Gürcüstanda koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində qaydaları pozan şəxslərə tətbiq olunan cərimələr silinəcək. Vətəndaşlar bu cərimələri ödəməkdən azad olunacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili bu gün keçirdiyi brifinqdə bəyan edib.

Hökumət başçısının sözlərinə görə, təcrid, karantin və maskataxma qaydalarını pozduqları üçün cərimələnən şəxslər cəriməni ödəməkdən azad ediləcəklər. Təşəbbüs artıq parlamentə təqdim olunub.

İ.Qaribaşvili deyib: “Bu gün parlamentə pandemiya şəraitində tətbiq olunan qaydaları pozduqlarına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunanlara dair iki qanun layihəsi təqdim edildi. Təşəbbüsə əsasən, amnistiya tətbiq ediləcək və 245 mindən çox vətəndaş və 344 hüquqi şəxs həm cinayət məsuliyyətindən, həm də inzibati cərimələrdən azad ediləcək”.

“Burada söhbət Gürcüstanda təcrid, karantin və maskataxma qaydaları pozulduğuna görə tətbiq olunan 76 milyon GEL-ə yaxın ödənilməmiş cərimələrdən gedir. Bu qərar, əlbəttə ki, pandemiyanın yaratdığı ağır sosial-iqtisadi vəziyyəti nəzərə alınaraq verilib”, - deyə, Baş nazir vurğulayıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.