DÜNYA


Gürcüstanda koronavirusla mübarizə ilə əlaqədar yeni tədbirlər planı hazırlanıb

Tbilisi, 27 aprel, AZƏRTAC

Gürcüstanda koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilir. Ölkənin Baş nazirinin tapşırığına əsasən, Səhiyyə Nazirliyi koronavirusla mübarizə üçün əlavə çarpayı, dərman vasitələri, oksigen və testlərin əldə olunması üzrə plan hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurasının Operativ Qərargahından məlumat verilib.

Bildirilib ki, ölkə hadisələrin ən pis inkişaf ssenarisinə hazır olacaq. Vəziyyət nəzarət altındadır və dövlət prosesə tam nəzarət edir.

Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib ki, mayın 10-dək koronavirus xəstələri üçün 6 min çarpayı əlavə olunacaq.

Onun sözlərinə görə, hazırda ölkə üzrə 14 min aktiv xəstə var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.