DÜNYA
Gürcüstanda koronavirusun yayılması riski artıb
Tbilisi, 26 fevral, AZƏRTAC
Gürcüstanda koronavirusun yayılması riski artıb. Ölkənin Səhiyyə Nazirliyi epidemiyaya hazırlıq rejiminə keçir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Yekaterina Tikaradze məlumat verib.
Onun sözlərinə görə, əhali arasında virusun yayılması riskinin əhəmiyyətli dərəcədə azaldılması üzrə bütün lazımi tədbirlər görülüb: “Gürcüstanın sərhədlərində gediş-gəlişin məhdudlaşdırılması üçün əlavə tədbirlər də görülüb. Lakin biz Gürcüstana daxil olmaların tamamilə qadağan olunmasının tərəfdarı deyilik”, - deyə, nazir vurğulayıb.
Nazir qeyd edib ki, koronavirusla bağlı əlavə tənzimləmələr hökumətə təqdim olunub.
Qeyd edək ki, hazırda Gürcüstanda koronavirusa yoluxma ilə bağlı rəsmi heç bir hal qeydə alınmayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]