DÜNYA


Gürcüstanda maraqlı sosioloji sorğu keçirilib

Tbilisi, 12 may, AZƏRTAC

Gürcüstanda maraqlı sorğu keçirilib. Sorğuda iştirak edən respondentlərdən “Keçmiş sovetlər birliyindən razısınızmı” sualına cavabı öyrənilib.

AZƏRTAC xəbər verir ki, “Zinc Network” şirkətinin sifarişi ilə “CRRC Georgia” tərəfindən USAID-in maliyyə dəstəyi ilə keçirilib. Məqsəd əhalini yanlış informasiyadan qorumaq və informasiya mühitini yaxşılaşdırmaq olub.

Maraqlıdır ki, “İnformasiyanın etibarlılığının artırılması proqramı” çərçivəsində keçirilən sorğu iştirakçılarının 54 faizi sovet dövründəki yaşayış səviyyəsini müsbət qiymətləndirib.

Rəyi soruşulanların 52 faizi hesab edib ki, Gürcüstandakı mövcud vəziyyətlə müqayisədə sovet dövründə onlara daha yaxşı qayğı göstərilirdi.

Yalnız 14 faiz sovetlər dövrünü çox mənfi qiymətləndirib, 24 faiz isə nisbətən mənfi qiymətləndirib. 9 faiz respondent isə suala cavab verməyib.

Bildirilir ki, 2021-ci il noyabrın 16-dan dekabrın 14-dək keçirilən sorğuda yaşı 55-dən yuxarı olan 3 min 24 nəfər iştirak edib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.