DÜNYA


Gürcüstanda mədən işçiləri aclıq aksiyasına başlayıblar

Tbilisi, 17 may, AZƏRTAC

Gürcüstanın Çiatura şəhərində əməkhaqlarının bir neçə dəfə artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını, mədənçilərin təhlükəsizliyinin təmin olunmasını tələb edən mədən işçiləri mayın 17-də aclıq aksiyasına başlayıblar.

AZƏRTAC xəbər verir ki, mədən işçiləri "Gürcüstan manqanı" şirkətinin nümayəndələri ilə görüşərək tələbələrini bildiriblər. Lakin şirkət rəhbərliyi onların istəklərini nəzərə almayıb.

Bundan sonra 15 nəfər mədən işçisi tələbləri yerinə yetirilənədək aclıq aksiyasını davam etdirəcəklərini bildiriblər.

Sabiq Baş nazir, «Gürcü arzusu-demokratik Gürcüstan» partiyası siyasi katibi İrakli Qaribaşvili və Gürcüstan Həmkarlar İttifaqları Birliyi mədən sənayesində çalışan işçilərin hüquqlarının müdafiəsinə qalxıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.