DÜNYA


Gürcüstanda məhkumların görüş və əmanət qəbul etmə hüquqları məhdudlaşdırılıb

Tbilisi, 30 noyabr, AZƏRTAC

Gürcüstan hökuməti təqsirləndirilən və məhkəmənin hökmü ilə azadlıqdan məhrum olunan şəxslərlə bağlı yeni qərar qəbul edib. Qərara əsasən, bu qəbildən olan şəxslər dekabrın 28-dək qısamüddətli görüşdən istifadə və sovqat qəbul edə bilməyəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Penitensiar Xidməti məlumat yayıb.

Bildirilir ki, bu, Gürcüstan hökumətinin ölkədə epidemioloji vəziyyətlə əlaqədar qəbul etdiyi qərarlarla uyğundur və cəzaçəkmə müəssisələrində koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.