DÜNYA
Gürcüstanda məmurların xidməti avtomobilləri ilə bağlı yeni qərar veriləcək
Tbilisi, 29 iyun, AZƏRTAC
Gürcüstanın Baş naziri Mamuka Baxtadze hökumətin növbəti iclasında məmurların xidməti avtomobilləri (“Qara ciplər”), eləcə də avtoparklarla bağlı yeni təşəbbüslə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Mamuka Baxtadze iyunun 29-da keçirdiyi brifinqdə söyləyib.
Baş nazir deyib: “Bəzi nazirliklərdə, eləcə də cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Ona görə də bizim həm dövlət məmurlarının “qara cipləri” və avtomobil parkları, həm də vəzifəli şəxslərin fərdi avtomobilləri ilə bağlı yeni təşəbbüsümüz olacaq”.
Xatırladaq ki, sabiq baş nazir Georgi Kvirikaşvili də bir müddət əvvəl nazirlərin və digər hökumət üzvlərinin qara rəngli xidməti avtomobillərdən - “qara ciplər”dən istifadə etmələrinə qadağa qoyulması təklifi ilə çıxış etmişdi.
Yeni Baş nazir həmin təşəbbüsün qüvvədə qaldığını vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]