DÜNYA
Gürcüstanda milli valyutanın ucuzlaşması yanacağın qiymətinin artmasına səbəb olacaq
Tbilisi, 23 may, AZƏRTAC
Gürcüstanda avtomobil yanacağının qiymətində dəyişiklik müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, Global Petrol Prices portalının məlumatına görə, Gürcüstan avtomobil benzininin qiymətinə görə, dünyada 51-ci yerdədir. Bu gün Gürcüstanda benzinin bir litri 0,88 dollar təşkil edir.
Dizel yanacağının qiyməti isə 0,89 dollardır. Bu göstərici ilə Gürcüstan dünyada 56–cı yerdədir.
Bu gün qonşu ölkədə “super benzinin” 1 litrinin qiyməti 2,54-2,64 lari arasında dəyişir. Premium benzinin qiyməti 2,34-2,44 lari, ən çox işlədilən requlyar markalı benzinin qiyməti isə 2,34-2,44 lari arasında dəyişir.
Dizel yanacağı isə benzinlə müqayisədə bir qədər bahalaşıb.
Belə ki, avro dizel markalı yanacağının 1 litri 2,56-2,64 lari, adi dizel yanacağının bir litri isə 2,47-2,51 lariyə satılır.
Gürcüstanda bu gün 1 ABŞ dolları 2,77 GEL-ə dəyişdirilir.
Mütəxəssislərin və iqtisadçı ekspertlərin fikrincə larinin dollarla müqayisədə ucuzlaşması ölkədə yanacağın qiymətinin artmasına səbəb olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi