DÜNYA


Gürcüstanda monastıra hücum edən şəxslər rahibəyə bıçaqla xəsarət yetiriblər

Gürcüstanda monastıra hücum edən şəxslər rahibəyə bıçaqla xəsarət yetiriblər

Tbilisi, 27 noyabr, AZƏRTAC

Gürcüstanın qərbində Xaşuri bələdiyyəsinin Tsxramuxa kəndindəki Qadın monastırına basqın olub. İlkin məlumatlara görə, basqın qarət məqsədi daşıyıb.

AZƏRTAC xəbər verir ki, basqın zamanı iki rahibə ağır yaralanıb.

Bildirilir ki, bir neçə şəxs zorla monastıra daxil olmağa cəhd göstərib. Lakin monastır xidmətçiləri onlara müqavimət göstəriblər. Qarətçilər rahibələrə zor tətbiq ediblər, bir rahibə döyülüb, digəri isə bıçaqlanıb.

Bıçaq zərbəsi alan rahibə əvvəl Xaşuri xəstəxanasına aparılıb. Lakin sonradan o, Tbilisidəki xəstəxanalardan birinə çatdırılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı artıq iki nəfər saxlanılıb, cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, Gürcüstanda kilsə və monastıra basqın və oğurluq ilk fakt deyil. Bundan əvvəl də bir neçə kilsədən oğurluq edilib, kilsə xadiminin evi qarət olunub.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.