DÜNYA


Gürcüstanda nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı cəza tədbirləri sərtləşdirilir

Tbilisi, 29 iyul, AZƏRTAC

Gürcüstanda avtomobil nəqliyyatı vasitələrinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı cəza tədbirləri sərtləşdirilir.

Sərxoş vəziyyətdə nəqliyyat vasitələrini idarə edən şəxslərə fərqli sanksiyalar tətbiq ediləcək və bu sanksiyalar sürücünün qanındakı etanol tərkibindən asılı olacaq.

AZƏRTAC xəbər verir ki, yeni qanun layihəsi Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsində müzakirə olunub.

“Yol hərəkəti haqqında” qanuna təklif olunan dəyişikliklərdə deyilir ki, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən sürücünün qanındakı etanol miqdarı 0,3 milliqramdan 0,7 milliqramadək olduqda - şəxs 6 ay müddətinə sürücülük hüququndan məhrum ediləcək.

Qandakı etanol miqdarı 0,7 milliqramdan çox olduqda isə bu, nəqliyyat vasitəsini idarə etmək hüququnun bir il dayandırılmasına səbəb olacaq.

Layihəyə görə, nəqliyyat vasitəsini idarə edərkən alkoqol sərxoşluğu testindən yayınmaq, nəqliyyat vasitəsini idarə etmək hüququnun bir il müddətinə dayandırılmasına səbəb olacaq.

Bundan əlavə, mopedin sərxoş vəziyyətdə idarə olunması sürücü üçün 500 lari cərimə ilə nəticələnəcək.

Narkotik və ya psixotrop maddələrin təsiri altında moped idarə edənlər isə 1500 lari cərimə olunacaqlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.