CƏMİYYƏT


Gürcüstanda olan 178 Azərbaycan vətəndaşının ölkəmizə qayıtması təmin edilib

Tbilisi, 23 iyun, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfirliyi iyunun 23-də 178 nəfər Azərbaycan vətəndaşının ölkəmizə qayıtmasını təmin edib.

AZƏRTAC xəbər verir ki, təxliyə olunan həmin şəxslər iyunun 22-də Azərbaycanın Gürcüstandakı səfirliyində koronavirusun müəyyənləşməsi üzrə test veriblər. Testlərin hamısının nəticələri neqativ olub.

Vətəndaşlarımız səfirliyin qarşısından avtobuslar vasitəsilə “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salınıb. Onların arasında yaşlılar, qadınlar və yeniyetmələr də var. Vətəndaşlar Azərbaycanla sərhəddəki “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Onların ölkədəki xüsusi karantin rejimi çərçivəsində yaşadıqları yerə çatmaq üçün birgünlük sərbəst hərəkət icazəsi olacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.