DÜNYA


Gürcüstanda ölüm halları artıb

Gürcüstanda ölüm halları artıb

Tbilisi, 31 mart, AZƏRTAC

Keçən il Gürcüstanda 59 906 ölüm faktı qeydə alınıb. Bu da 1994-cü ildən 2021-ci ilin sonunadək qeydə alınan ən yüksək göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, pandemiya səbəbindən ölüm halları daha da artıb. Belə ki, 2019-cu ildə ölkədə 46 500 ölüm faktı qeydə alındığı halda 2020-ci ildə bu rəqəm 50 500 nəfər təşkil edib.

Xidmətin məlumatına görə, miqrasiya problemləri nəzərə alınmadan əhalinin təbii azalması 2021-ci ildə 13,9 min nəfəri keçib ki, bu da son 28 ildə ən yüksək göstəricidir.

Gürcüstanda keçən il 45 946 uşaq dünyaya gəlib.

Orta hesabla gündə 125 körpə doğulub, 164 nəfər isə ölüb.

Qeyd edək ki, pandemiyanın başladığı ilk gündən bu günədək Gürcüstanda 16 739 nəfər koronavirusun qurbanı olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.