Gürcüstanda pandemiya dövrünün ən yüksək yoluxma göstəricisi qeydə alınıb
AzerTAg.az
Tbilisi, 25 yanvar, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxanların sutkalıq sayı ilk dəfədir ki, 15 mini keçib. Son sutka ərzində ölkədə 15 762 nəfər koronavirusa yoluxub, 5 160 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent isə pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopcov.ge saytında məlumat verilib.
Bildirilir ki, bununla da ölkədə, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 1 075 154-ə, sağalanların sayı 972 745-ə, bu virusdan ölənlərin sayı isə 14 774-ə çatıb.
Hazırda Gürcüstanda 87 609 aktiv koronavirus xəstəsi var. Onlardan 4 595-i xəstəxanalarda müalicə olunur, 2064-ü klinik otellərdə, 80 950 nəfəri özünütəcrid rejimində, 30 nəfər isə karantindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin mətnində orfoqrafik səhv var