DÜNYA
Gürcüstanda prezident seçkiləri ilə əlaqədar təhlükəsizliyi xüsusi polis qrupları təmin edəcək
Tbilisi, 3 sentyabr, AZƏRTAC
Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı təhlükəsizliyi xüsusi polis qrupları təmin edəcək.
AZƏRTAC Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, bununla əlaqədar olaraq nazir Giorgi Qaxariya xüsusi əmr imzalayıb. Əmrə əsasən xüsusi qruplar sentyabrın 30-dək tam formalaşdırılacaq.
DİN-in müxtəlif təyinatlı strukturlarının əməkdaşlarının daxil olacağı xüsusi qruplar seçkiqabağı kampaniya zamanı və səsvermə günü baş verə biləcək bütün hüquqpozmaların qarşısını alacaq. Bu qruplar, həmçinin seçki bülletenlərinin hazırlanması və paylanması qaydalarına da nəzarət edəcək.
Seçki günü bu qruplar seçki məntəqələrinin yaxınlığında sabitliyə nəzarət edəcəklər.
Bu qruplar, həmçinin bütün siyasi qrupların hüquqlarını bərabər şəkildə qoruyacaqlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi