DÜNYA


Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 25-də keçirilə bilər

Tbilisi, 2 noyabr, AZƏRTAC

Gürcüstan Mərkəzi Seçki Komissiyasında (MSK) prezident seçkilərinin ikinci turunun keçirilməsi tarixi ilə bağlı məsləhətləşmələr başa çatıb.

MSK-dan AZƏRTAC-a bildiriblər ki, ikinci turun noyabrında 25-də keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

Məlumat üçün qeyd edək ki, oktyabrın 28-də keçirilmiş birinci turda müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili səslərin 38,66 faizini, müxalifətin yaratdığı “Güc birlikdədir” birliyinin namizədi Qriqol Vaşadze isə 37,7 faiz səs toplayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.