DÜNYA
Gürcüstanda prezident seçkilərinin ikinci turunda namizədlər üçün baryer olmayacaq
Tbilisi, 29 oktyabr, AZƏRTAC
Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda namizədlər üçün baryer olmayacaq. Qalib adi səs çoxluğu ilə müəyyən ediləcək.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından AZƏRTAC-a bildiriblər ki, ölkə qanunlarına əsasən, ikinci turda hansı namizəd daha çox səs toplayarsa o da prezident seçiləcək. İkinci turda iki namizəd mübarizə apara bilər. Bu turda namizədliyin geri götürülməsi də qanunla qadağan edilib.
Məlumat üçün qeyd edək ki, ikinci tura müstəqil namizəd, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili və “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze keçiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]
Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər
- 24.04.2024 [11:27]
Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır
- 24.04.2024 [11:17]
Filippində istidən altı nəfər ölüb
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]