DÜNYA


Gürcüstanda prezidentin ehtiyat fondu ləğv edilir

Tbilisi, 4 dekabr, AZƏRTAC

Gürcüstanda prezidentin ehtiyat fondu ləğv edilir, habelə administrasiya işçilərinin sayı azaldılır.

AZƏRTAC xəbər verir ki, hər il dövlət büdcəsindən prezidentin ehtiyat fonduna 5 milyon lari (təqribən 2 milyon dollara yaxın) maliyyə vəsaiti ayrılırdı.

2019-cu ilin dövlət büdcəsində prezident administrasiyasının maliyyələşdirilməsi də 3,8 milyon lariyə qədər azaldılıb (təqribən 1,4 milyon ABŞ dolları). Büdcə layihəsində əvvəl bu rəqəm 9,8 milyon lari (3,6 milyon dollardan çox) nəzərdə tutulmuşdu.

Prezident administrasiyasında çalışan işçilərin sayı da 60 nəfərədək azaldılır.

Məlumat üçün qeyd edək ki, hazırda Prezidentin Administrasiyasında 140 nəfər çalışır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.