DÜNYA
Gürcüstanda prezidentliyə namizəd televiziya reklamına 1 milyon 186 min 207 GEL xərcləyib
Tbilisi, 24 oktyabr, AZƏRTAC
Gürcüstanın Dövlət Audit Xidməti prezident seçkilərində televiziya reklamına ən çox pul xərcləyən namizədin adını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, xidmətin rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, seçki kampaniyası çərçivəsində yalnız televiziya reklamlarına ən çox vəsaiti müstəqil namizəd, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili xərcləyib. O, oktyabrın 3-dən 16-dək reklama 1 milyon 929 min 613 GEL xərcləyib. Bu vəsaitin 1 milyon 186 min 207 GEL-i televiziya reklamlarına sərf olunub. Əsas vəsait “İmedi” (615 min 662 GEL), “Rustavi2” (215 min GEL) və “Pirveli” (191 min GEL) televiziya kanallarına ayrılıb. Qalan vəsait isə bölgə televiziyalarına xərclənib.
Televiziya kanallarında reklama vəsait xərcləyən namizədlər sırasında ikinci yerdə “Vahid Milli Hərəkat” partiyasının namizədi dayanır. O, sentyabrın 12-dən oktyabrın 2-dək televiziya reklamına 200 min GEL xərcləyib.
Oktyabrın 28-də keçiriləcək prezident seçkilərində 23 namizəd mübarizə aparacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]