DÜNYA


Gürcüstanda qrip daha bir nəfərin həyatına son qoyub

Tbilisi, 10 yanvar, AZƏRTAC

Tbilisidə qrip gənc qadının həyatına son qoyub.

AZƏRTAC xəbər verir ki, onun da H1N1 virusundan öldüyü ehtimal olunur.

Xəstə bir həftə əvvəl yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün qeyd edək ki, hazırda Gürcüstan xəstəxanalarında 650-yə yaxın insan qrip virusundan müalicə olunur. Onlardan 39-u reanimasiya şöbəsindədir.

Səhiyyə müəssisələrinin məlumatına görə, ölkədə 158 nəfərin H1N1 virusuna yoluxduğu məlum olub. Daha dörd nəfərdə H3N2 virusu aşkarlanıb.

Bu günə olan məlumata görə, Gürcüstanda donuz qripindən 14 nəfər dünyasını dəyişib.

Gürcüstan Təhsil və Səhiyyə nazirliklərinin qərarına əsasən, məktəblilərin qış tətili daha bir həftə uzadılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.