DÜNYA


Gürcüstanda qrip virusu ilə əlaqədar məktəblilərin qış tətilinin müddəti uzadılacaq

Tbilisi, 8 yanvar, AZƏRTAC

Tbilisidəki “Privat klinika” uşaq xəstəxanasının təcili tibbi yardım şöbəsinə qrip virusu və oxşar xəstəliklərə yoluxma halları ilə müraciət edənlərin sayı iki dəfədən çox artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Birinci kanal” televiziyasına xəstəxananın rəhbəri Yekaterina Çxartişvili məlumat verib. Onun sözlərinə görə, klinika xəstələrlə dolub və həkimlər fövqəladə rejimdə işləyirlər. Bəzi xəstələr ilkin tibbi yardım göstərildikdən sonra evlərinə göndərilirlər. Amma klinikaya müraciət edən xəstələrin 4-5 faizi xəstəxanada qalıb.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda qrip virusu yayılmaqda davam edir. Virusa yoluxanların böyük əksəriyyətində donuz qripi aşkarlanıb. Yanvarın 8-də 22 yaşlı qadın da qrip virusundan dünyasını dəyişib. Bununla da donuz qripindən ölənlərin sayı 10 nəfərə çatıb. Tbilisidəki 5 xəstəxana yanvarın 8-dən fövqəladə rejimdə işləyir.

Səhiyyə və Təhsil nazirlikləri məktəblilərin qış tətilinin müddətinin uzadılması barədə təkliflər hazırlayır. Mütəxəssislərin fikrincə, məktəblilərin qış tətilinin müddəti qeyri-müəyyən müddətədək uzadılacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.