CƏMİYYƏT


Gürcüstanda qrip virusunun daha çox yayılmasının səbəbləri açıqlanıb

Tbilisi, 18 fevral, AZƏRTAC

Son vaxtlar qrip virusunun, xüsusən də “donuz qripi”nin Gürcüstanda daha çox yayılması ilə bağlı müxtəlif fikirlər səslənir.

AZƏRTAC xəbər verir ki, bəzi ekspertlər qonşu ölkələrlə müqayisədə Gürcüstanda qripin daha çox yayıldığını bildirirlər və bunun səbəblərini araşdırırlar. Bildirilir ki, Gürcüstanda vəziyyətin daha kəskin olmasının ciddi səbəbləri var: Gürcüstan güclü islahatlar həyata keçirib, Avropa standartlarına uyğun klinikalar yaratsa da, xəstəliklərə mərkəzləşdirilmiş nəzarət zəifləyib.

Mütəxəssislərin fikrincə, bu gün Xəstəliklərə Nəzarət Milli Mərkəzinin istər sərhədlərə nəzarət, istərsə də virusla bağlı vəziyyətə təsir edəcək mexanizmləri yoxdur. Epidemioloji təhlükəsizliyə cavabdeh olan xidmət orqanları isə demək olar ki, fəaliyyət göstərmir. Ona görə də virusoloji xəstəliklər Gürcüstanda daha çox tüğyan edir.

Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru, sabiq səhiyyə naziri Amiran Qamkrelidze bildirib ki, hazırda ölkədə əhalinin hər 100 min nəfərindən 186-sı qripə yoluxub. “Donuz qripi”ndən ölənlərin sayı isə 22 nəfərdir. Məktəblərdə demək olar ki, dərslər keçirilmir. Bu, böyük rəqəmdir və ciddi riskdir. Ona görə ki, bu cür hal hətta 2009-2010-cu illərdə də olmayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.