DÜNYA
Gürcüstanda respondentlərin 50 faizi Bidzina İvanişvilinin ölkənin siyasi həyatındakı rolunu mənfi qiymətləndirir
Tbilisi, 26 noyabr, AZƏRTAC
ABŞ-ın “Edison Research” sosioloji sorğu kompaniyası Gürcüstanın “Rustavi 2” televiziya kanalının sifarişi ilə ölkədə sosioloji rəy sorğusu keçirib.
AZƏRTAC xəbər verir ki, 2038 seçicinin iştirak etdiyi sorğuda respondentlər “Siz Bidzina İvanişvilinin Gürcüstanın siyasi mühitindəki rolunu necə qiymətləndirirsiniz?” sualını cavablandırıblar.
Rəyi soruşulanların 4 faizi hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının yaradıcısı Bidzina İvanişvilinin ölkənin siyasi həyatındakı rolunu çox müsbət, 9 faizi qismən müsbət, 20 faizi nə müsbət, nə də mənfi, 27 faizi qismən mənfi, 23 faizi çox mənfi qiymətləndirib.
Respondentlərin 14 faizi cavab verməkdə çətinlik çəkib və ya cavab vermək istəməyib.
Nəticə etibarı ilə rəyi soruşulanların 50 faizi B.İvanişvilinin ölkənin siyasi həyatındakı rolunu mənfi, 13 faizi isə müsbət qiymətləndirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]