DÜNYA


Gürcüstanda sabiq Prezident Mixeil Saakaşvilinin məhkəməsi başlayıb

Tbilisi, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvilinin məhkəməsi başlayıb.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin məhkəmə iclasında iştirakına icazə verilib.

M.Saakaşvili Xüsusi Penitensiar Xidmətin avtomobili ilə müalicə olunduğu Qori hərbi hospitalından Tbilisiyə aparılıb.

Tbilisi Şəhər Məhkəməsində proses saat 11:00-da başlayıb.

Məhkəmə binası yaxınlığına çoxlu sayda polis əməkdaşları səfərbər olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.