DÜNYA


Gürcüstanda sərt karantin rejimi yenidən tətbiq oluna bilər

Tbilisi, 17 aprel, AZƏRTAC

Gürcüstanda koronavirusla əlaqədar sərt karantin rejimi yenidən tətbiq oluna bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze söyləyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə ölkədəki epidemioloji vəziyyətdə gərginlik müşahidə olunur. Əgər vəziyyət belə davam edərsə və gündəlik yoluxma halı 4 faizi keçərsə, karantin və sərtləşmə barədə düşünmək məcburi olacaq.

Nazir deyib: “İndi əsas fikir mövcud məhdudiyyətlərin riayət olunması və monitorinqini mümkün qədər sərtləşdirməkdir. Lakin biz iqtisadiyyatı dayandırmaq istəmirik, çünki bunun nəticələrinin nə ola biləcəyini bilirik”.

Qeyd edək ki, aprelin 17-də ölkədə COVID-19 virusuna yoluxanların sayı 1219 fakt artaraq 294 min 540-a çatıb. Onların da 180 min 132-si sağalıb, 3925-i isə vəfat edib.

Hazırda ölkə üzrə karantin rejimində 335, stasionar nəzarətdə 2 848 nəfər var. Daha 427 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Aprelin 17-də gündəlik yoluxma 3,58 faiz, son 7 gündə isə 3,26 faiz olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.