DÜNYA


Gürcüstanda son bir neçə saat ərzində üç zəlzələ qeydə alınıb

Tbilisi, 7 iyun, AZƏRTAC

Gürcüstanda son bir neçə saat ərzində bir-birinin ardınca 3 dəfə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilir ki, birinci zəlzələ iyunun 6-da saat 20:04-də, ikincisi 20:15-də Ninoçminda şəhəri yaxınlığında qeydə alınıb.

Yeraltı təkanların üçüncüsü isə Dmanisi rayonu ərazisində 3 bal gücündə olub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.