DÜNYA


Gürcüstanda son iki gündə ikinci zəlzələ baş verib

Tbilisi, 17 may, AZƏRTAC

Gürcüstanın cənubunda, Kvemo Kartli bölgəsində 3,2 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, bu son iki gündə ölkə ərazisində qeydə alınan ikinci zəlzələdir.

Yeraltı təkanlar Tsalka şəhəri yaxınlığında baş verib.

Məlumat üçün qeyd edək ki, mayın 16-da saat 15:08-də yenə də Tsalka rayonu yaxınlığında 3,6 bal gücündə zəlzələ baş vermişdi.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.